Bakı-Quba yolunda qəzada həlak olanların ADLARI  - YENİLƏNİB
15 dekabr 2022 15:57 (UTC +04:00)

Bakı-Quba yolunda qəzada həlak olanların ADLARI - YENİLƏNİB

Bakı-Quba yolunda qəzada həlak olanların adları açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, bu gün səhər saat 10 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisində Yardımlı rayon sakini, 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlunun idarə etdiyi “Mercedes Benz Viano” markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan Quba rayon sakini, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun idarə etdiyi “DAF” markalı, 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub. Nəticədə, “Mercedes” markalı avtomobilin sürücüsü Nəsimi Qubadbəyli və onun idarə etdiyi avtomobildə olan beş nəfər sərnişin:

1976-cı il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu;
1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu;
1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu;
1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu hadisə yerində həyatlarını itirib.

Həlak olan bir nəfər sərnişinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür. Yük avtomobilinin sürücüsü Elçin Atayev isə Siyəzən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda hadisə yerində xidmət aparan DYP əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Yolda digər nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırma aparılır.

***
Saat: 10:40

Bakı-Quba yolunda baş verən hadisə nəticəsində bir nəfər Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib. Məlumata görə, 30 yaşlı şəxsin müalicəsinə Təcili tibbi yardım bölməsində davam edilir. Vəziyyəti orta ağırdır.

***

Bakı-Quba yolunda baş verən qəzada ölənlərin sayı məlum olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, yol-nəqliyyat hadisəsində ilkin məlumata görə, "Vita"nın sürücüsü də daxil olmaqla 6 nəfər həyatını itirib. Həmçinin TIR sürücüsü isə xəsarət alıb.

***

saat 10:34

Bakı-Quba yolunda ağır yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Bakı-Quba yolunun 98-ci km-də Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib. "Mersedes-Vita"  markalı avtomobillə TIR toqquşub. İkin məlumata görə ölənlər və yaralılar var.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17325
avatar

Oxşar yazılar