"Gənclik" metrostansiyasında qatar yoluna düşən qadının kimliyi bilinib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Lent.az-a bildirib ki, həmin qadının 54 yaşlı paytaxt sakini Dilguşə Bəkirova olduğu müəyyən edilib.
***
Saat: 13:06
Bakıda metroda qadın qatar reysinə düşüb.
Lent.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, hadisə bu gün saat 12:51-də metronun "Gənclik" stansiyasında qeydə alınıb:
"Stansiyaya yaxınlaşan qatarın maşinisti qatarı saxlayıb, məkumat verib. Gərginlik çıxarılıb. Sərnişin stansiya yolundan götürülüb".