Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar etdi  - YENİLƏNİB
28 avqust 2023 21:05 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar etdi - YENİLƏNİB

1963-cü il təvəllüdlü Salmanov Rahib Vaqif oğlunun özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar etməsi ilə bağlı Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

Baş prokurorluğun Mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda prokurorluq əməkdaşları hadisə yerində cəlb edilib, zəruri istintaq hərəkətləri həyata keçirilir.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
 

***

20.38

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi həyatına qəsd edib. 

Lent.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Salmanov Rahib Vaqif oğlu müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib. 

DİN-in mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.

Qeyd ki, Salmanov Rahib 1963-cü ildə anadan olub. O, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8727

Oxşar yazılar