Bakı aeroportunda sərnişindən silah aşkarlanıb.
Bu barədə Lent.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib. Bildirilib ki, uçuşdan əvvəl yoxlama zamanı sərnişinlərdən birindən “Makarov” tipli tapança götürülüb.
Silah “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib.
Hadisə sənədləşdirilib, sərnişin əlavə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.