Bakı aeroportunda ƏMƏLİYYAT:  17 kilo qızıl saxlanıldı - FOTO
15 aprel 2023 15:35 (UTC +04:00)

Bakı aeroportunda ƏMƏLİYYAT: 17 kilo qızıl saxlanıldı - FOTO

1

Türkiyədən gələn sərnişində külli miqdarda qızıl-zinət əşyaları aşkar edilib

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə baxış keçirib.

Baxış zamanı əl yüklərindən 6 qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 6408

Oxşar yazılar