Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları ucuz qiymətə satışa çıxarmaqla kütləvi dələduzluq əməllərində şübhəli bilinən 18 yaşlı 2Camal Əliquliyevi polis əməkdaşları saxlayıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, o, ucuz qiymətə satışa çıxardığı mobil telefonları almaq istəyən şəxsləri aldatmaqla “beh” adı altında 200, 300 manat və digər məbləğləri onlayn ödənişlə mənimsəyib.
Hazırda araşdırmalar davam etdirilir.
"Vətəndaşlara tövsiyə edirik ki, pul vəsaitlərini hansısa məhsulun alınması ilə tanımadığı şəxslərin təqdim etdiyi bank hesablarına köçürməsinlər",- nazirliyin məlumatında bildirilib.