Sankt-Peterburqda bir ay əvvəl öldürülən qadının meyiti tapılıb, qardaşı isə cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, ilkin məlumata görə, dekabrın 24-də onlar arasında münaqişə yaranıb. Qardaş bacısını vurub və o ölüb. Qadının meyiti odeyala bürünərək bir ay otaqda saxlanılıb.
Onun yoxa çıxması barədə bütün bu müddət ərzində onunla telefonla danışa bilməyən bacısı polisə məlumat verib.
Bacısının qətlində şübhəli bilinən qardaş həbs edilib. O, əvvəllər quldurluq və narkotik maddələrə görə məhkum olunub.