"AZZA" məhkəməyə verildi - SƏBƏB
03 mart 2023 11:45 (UTC +04:00)

"AZZA" məhkəməyə verildi - SƏBƏB

“AZZA” Qapalı Səhmdar Cəmiyyətində nöqsan aşkarlanıb.

Lent.az-ın məlumatına görə, yoxlama zamanı QSC-nin Bakı şəhəri Sabunçu rayonundakı filiallarından birində yanğın təhlükəsizliyi qaydalarının pozulması müəyyən edilib. Buna görə də, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) maddəsilə protokol tərtib edilib.

Protokol baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, maddə əsasında fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

# 2433
avatar

Mehman Nəbiyev

Oxşar yazılar