Marneulidə beşmərtəbəli yaşayış binasının eyvanının uçması nəticəsində ağır xəsarət alan hamilə qadın dünyasını dəyişib.
Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bununla da bədbəxt hadisə nəticəsində dünyasını dəyişənlərin sayı 2 olub.
Daha üç nəfərin xəsarət aldığı bildirilir ki, onlardan biri 8 yaşlı uşaqdır.
Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin tikintidə təhlükəsizliyin pozulmasını nəzərdə tutan maddəsi əsasında cinayət işi açılıb.
***
Saat 22:25
Gürcüstanda azərbaycanlıların kopmapkt yaşadığı Marneuli bələdiyyəsində bədbəxt hadisə baş verib.
Lent.az APA-nın Gürcüstan bürosuna istinadən xəbər verir ki, bələdiyyənin Nərimanov küçəsində yerləşən yaşayış binalarından birinin eyvanının 5-ci mərtəbəsi uçub.
Nəticədə 1 nəfər ölüb, daha bir neçə nəfərin isə yaralandığı bildirilir.
Hadisə yerinə çox sayda polis və təcili yardım cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.