Məşhur müğənni Avraam Russonun azərbaycanlı milyonçu Telman İsmayılova qarşı qaldırdığı iddia ərizəsi Moskva şəhər məhkəməsində itib.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, məhkəmə gün təyin edilsə də, məlum olub ki, Russonun iddia ərizəsi dəftərxanadan yoxa çıxıb.
Nəticədə məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb.
Müğənninin vəkili Andrey Aleşkin bildirib ki, məhkəmə baş tutsa, İsmayılovu 25 ilə qədər həbs cəzası gözləyir.
Xatırladaq ki, İsmayılov Russona işgəncə etməkdə və qətlinin sifariş verməsində ittiham olunur.