15 il əvvəl azərbaycanlı məktəblini qətlə yetirmiş şəxs Rusiyaya təhvil verilib.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, 2006-cı ilin sentyabrında Moskva məktəblərinin birində azərbaycanlı sinif yoldaşını çoxsaylı bıçaq zərbələriylə qətlə yetirən Besik Koçalidze, bu müddət ərzində Polşada gizlənirmiş.
Besikin atası istintaqa verdiyi ifadədə oğlunun Ukraynaya qaçdığını bildiribmiş. Amma sən demə, bu illər ərzində o, Polşada gizlənirmiş. 2020-ci ilin sonlarında Koçalidze Rusiya Baş Prokurorluğunun sorğusu əsasında Polşada İnterpol tərəfindən saxlanılıb.