Minaya düşən Sirac Abışov və Məhərrəm İbrahimov
04 iyun 2021 13:11 (UTC +04:00)

Minaya düşən Sirac Abışov və Məhərrəm İbrahimov

Azərbaycanlı jurnalistlər minaya düşdü, ölənlər var - HADİSƏ YERİNDƏN VİDEO-YENİLƏNİB

Azərbaycanda jurnalistlərin Kəlbəcərdə minaya düşməsinin təfərrüatları məlum olub. 

Lent.az xəbər verir ki, bu barədə "AzTV"nin süjetində bildirilir. 

Qeyd olunur ki, jurnalistlər hərbi avtomobillə reportaja gedərkən Kəlbəcərin Susuzluq kəndinə minaya düşüblər.

Partlayış zamanı AzTV-nin rejissoru, sürücü və kənd sakini də xəsarət alıb.

***

Saat: 12:36

Xəbərə video əlavə olunub.

***

Azərbaycanlı jurnalistlər işğaldan azad olunmuş ərazilərdə minaya düşüb.

Lent.az-ın məlumatına görə, hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.

Jurnalistlərin minaya düşməsi nəticəsində “Azərtac”ın əməkdaşı Məhhərrəm İbrahimov və "AzTV"nin operatoru Sirac Abışov həlak olub. 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də hadisə ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. 

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23232
avatar

Mehman Nəbiyev

Oxşar yazılar