Azərbaycanın sabiq deputatı koronavirusdan ÖLDÜ
08 iyun 2021 12:43 (UTC +04:00)

Azərbaycanın sabiq deputatı koronavirusdan ÖLDÜ

0

Azərbaycan Ali Sovetinin keçmiş deputatı Hicran Kərimli Moskvada vəfat edib.

Bu barədə Lent.az-a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, sabiq deputatın ölümünə koronavirus səbəb olub.

Onun cənazəsi sabah Azərbaycana gətiriləcək və Bakıda dəfn olunacaq. 

Hicran Kərimli

Qeyd edək ki, 58 yaşlı Hicran Kərimli Azərbaycan xalq hərəkatının fəallarından və bölgə liderlərindən biri olub. O, 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetində Ordubad rayonunu təmsil edib. Deputatlıq müddəti bitdikdən sonra siyasətdən uzaqlaşıb. Əvvəlcə Belarusda, sonra isə Rusiyada biznes fəaliyyəti ilə məşğul olub. Son illər Moskvada yaşayırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5269

Oxşar yazılar