Azərbaycanın Britaniyadakı səfirliyinə hücum edənlərin kimliyi məlum oldu  
05 avqust 2022 00:00 (UTC +04:00)

Azərbaycanın Britaniyadakı səfirliyinə hücum edənlərin kimliyi məlum oldu  

Bir qrup radikal dini dəstə Azərbaycanın Londondakı səfirliyinə hücum edib. 

Lent.az-ın məlumatına görə, APA-nın Britaniya bürosu Londonun "Metro" nəşrinə istinadən xəbər verir ki, Azərbaycanın Britaniyadakı səfirliyini ələ keçirənlər "The Mahdi Servants Union" adlı radikal dini qruplaşmanın üzvləridir.

Nəşrin xəbərinə görə, bu, Londonda yerləşən şiə müsəlman təşkilatıdır və öz internet saytlarında “sivilizasiya hökmranlığı” qurmaq istədiklərini bildiriblər. 

Qeyd olunub ki, qruplaşmanın lideri Yasir Əl-Həbibdir: "Sosial şəbəkələrdə yayılan görüntülərdə qruplaşma üzvləri Azərbaycanın Kensinqtondakı səfirliyinin eyvanından öz bayraqlarını dalğalandırıb, divara ərəbcə şüarlar vurub və Azərbaycan bayrağını endiriblər".

Xəbərdə eyni zamanda, təşkilatın lideri Yasir Əl-Həbibin mübahisəli bir din xadimi olduğu da vurğulanıb. Bildirilib ki, onun “Cənnət xanımı” filmi islam tarixinin şərhinə görə bəzi sünni müsəlmanların etirazlarından sonra bu ilin əvvəlində Britaniyada prokatdan yığışdırılıb.
 

# 3513
avatar

Oxşar yazılar