Biləsuvarda boğulma hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Cənubi Muğan kanalında qeydə alınıb. Biləsuvar rayonunun Nərimankənd kənd sakini, 86 yaşlı Şirzahid Şahsuvarov Cənubi Muğan kanalına düşərək boğulub. Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiq deyil.
Faktla bağlı araşdırma aparılır.