Bərdədə intihar edən qadınla bağlı bəzi detallar məlum olub.
Lent.az-ın məlumatına görə, özünü Bərdə rayonu ərazisində Yuxarı Qarabağ kanalına ataraq həyatına son qoyan qadının 58 yaşlı Ağdam rayonu, Bənövşələr qəsəbə sakini Ətlaz Süleymanova olub. Əldə etdiyimiz məlumata görə, Ə. Süleymanova ruhi xəstəlikdən əziyyət çəkirmiş. Bakıda ruhi-əsəb dispanserində qeydiyyatda olub və orada müalicə alırmış.
Bakıdakı dispanserdən yenicə buraxılıb və yaşadığı Ağdamın Bənövşələr qəsəbəsinə gəlib. O, rayona gələndən bir müddət sonra Bərdəyə gedərək, orada özünü Yuxarı Qarabağ kanalına atıb.
Qəsəbədə qadının bir oğlu yaşayır. Qadın özü əvvəllər Ağdam və Bərdədə peraşki bişirib satmaqla məşğul olub.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 31-də Yuxarı Qarabağ kanalının Bərdənin Həsənli kəndi ərazisindən keçən hissəsində naməlum qadın meyiti tapılıb.