Azərbaycanda Uşaq Xəstəxanasının keçmiş binası yandı
29 mart 2023 21:37 (UTC +04:00)

Azərbaycanda Uşaq Xəstəxanasının keçmiş binası yandı

Keçmiş Şəki Rayon Uşaq Xəstəxansının inzibati binasında yanğın başlayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, axşam saat 19:36-da  Şəki şəhəri M. F. Axundov küçəsində hazırda fəaliyyət göstərməyən Şəki Rayon Uşaq Xəstəxansının inzibati binasında yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

# 2655
avatar

Oxşar yazılar