Azərbaycanda ŞOK:  2 uşaq anası "patı" dan öldü
28 iyul 2021 16:10 (UTC +04:00)

Azərbaycanda ŞOK: 2 uşaq anası "patı"dan öldü

"Azərbaycanda metamfetamindən (“patı”, "şüşə") zəhərlənənlərin sayı artıb".

Lent.az məlumat verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş toksikoloqu İsmayıl Əfəndiyev "Yeni sintetik narkotiklərlə zəhərlənmələrin diaqnostikası və müalicəsinə dair yanaşmalar" adlı vebinarda məlumat verib.

O bildirib ki, ölkədə satılan “patı”nın qiyməti təxmini 10 manatdan başlayır:

"Bununla da təxmin etmək olar ki, ölkə daxilində “patı” qeyri-leqal laboratoriyalarda sintez edilir. Toksinlər dəri vasitəsilə xaric edildiyi zaman dəridə yaralar və cızıqlar yaranır. Bundan başqa ağızda, diş ətində yaralar əmələ gəlir, dişlər tökülür".

İ.Əfəndiyev həmçinin qeyd edib ki, dünən Bakıda "patı" qəbul edən iki uşaq anası ölüb.

# 11223
avatar

Oxşar yazılar