Balakəndə 64 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb.
Lent.az-ın APA-ya istrinadla məlumatına görə, hadisə bu gün səhər saatlarında Balakən şəhərində qeydə alınıb.
Şəhər sakini Hürü Camal qızı Əmiraslanovanın sirkə turşusu içərək zəhərləndiyi bildirilir.
Qadın zəhərlənmədən yaşadığı ünvanda dünyasını dəyişib.
Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.