Azərbaycanda silsilə oğurluqlar edən dəstələr ələ keçirildi - VİDEO
03 dekabr 2022 15:58 (UTC +04:00)

Azərbaycanda silsilə oğurluqlar edən dəstələr ələ keçirildi - VİDEO

Sumqayıt şəhərində silsilə oğurluq hadisələrinə qarşı əməliyyatlar keçirilib. Nəticədə son 15 gündə silsilə oğurluqlar edən 8 nəfərdən ibarət 3 dəstənin üzvü ələ keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində şəhər ərazisində marketlərdən, evlərdən, habelə avtomobillərdən oğurluqlar edən saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Fərid Baxşıyev, Daşqın Salmanov və Fərid Qurbanov tutulublar. Aparılan araşdırmalar zamanı bu şəxslərin Novxanı bağlar massivində 10-dan çox evdən kombi aparatları və digər məişət əşyaları oğurladıqları məlum olub.

Bölmə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı gecə saatlarında Sumqayıt şəhərində avtomobillərin şüşələrini qıraraq maşınların salonlarından və marketlərdən silsilə oğurluqlar edən Qabil Kərimov və Orxan Qurbanov da saxlanılaraq istintaqa təqdim ediliblər.

Sonuncu əməliyyat zamanı isə Sumqayıt şəhəri Sahil küçəsində evlərdən təmir-tikinti alətləri və dəmir ləvazimatlar oğurlayan Ruslan Qasımov, Roman İsmayılov və İbrahim Abdullayev saxlanılıblar.

Aşkar edilən faktlarla bağlı toplanan materiallar Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin hər biri barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

# 1986
avatar

Oxşar yazılar