Bərdədə “Tarixin səhifələri” adlı qəzetin baş redaktoru Faiq Əzimzadə saxlanılıb.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı deyib. Onun sözlərinə görə, araşdırmalar zamanı onun vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törətdiyinə dair əsaslı şübhələr yaranıb:
"F.Əzimzadə barəsində Bərdə rayon Polis Şöbəsində Cinayət məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar davam etdirilir".
Faiq Əzimzadə