Azərbaycanda qəbiristanlıqda VANDALİZM:  baş daşlarını yerlə bir etdilər
13 iyun 2024 17:49 (UTC +04:00)

Azərbaycanda qəbiristanlıqda VANDALİZM: baş daşlarını yerlə bir etdilər

Qusarda qəbiristanlıq dağıdılıb.

Lent.az xəbər verir ki, hadisə Qılahoba kəndində qeydə alınıb. Naməlum şəxs qəbiristanlığa girərək, məzar daşlarını yerlə yeksan edib.

Bu barədə kənd sakinləri polisə müraciətində bildirib. Onların sözlərinə görə, naməlum şəxs ailə üzvlərinin qəbir daşlarını dağıdıb.

Kənd sakinlərinin müraciəti əsasında rayon Polis Şöbəsinin əməkdaşları hərəkətə keçiblər. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə qəbirləri dağıdan şəxsin 44 yaşlı Pərviz Eldarov olması müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a təsdiqləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2676
avatar

Oxşar yazılar