Sumqayıtda intihar edən gənclə bağlı bir sıra təfərrüatlar üzə çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, 20 yaşlı Adil Bayramov Salyan rayonunun Kürqaraqaşlı kənd sakinidir. Sumqayıtda kirayədə yaşayırmış.
Yaxınlarının verdikləri məlumata görə, A. Bayramov 44 günlük Vətən müharibəsi iştirakçısı olub.
Adil Bayramov
O, “Suqovuşanın azad olunmasına görə” medalı ilə də təltif edilib.
***
08:36
Sumqayıtda gənc intihar edib.
Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə ötən gecə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Adil Bayramov özünü yaşadığı evdə asıb.
İntiharın səbəbləri bilinmir.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A. Bayramovun mayın 30-da 20 yaşı tamam olub.