Cəlilabadda qadın sürücü avtomobili aşırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 18-də saat 12 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində Bakı şəhər sakini Ş.Bağırova idarə etdiyi “Honda” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin Şölə Abdullayeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.