Abşeron rayonunda sürücünün halının pisləşməsi nəticəsində avtomobil yoldan çıxıb.
APA xəbər verir ki, hadisə Saray-Novxanı şossesində qeydə alınıb.
1994-cü il təvəllüdlü İsgəndərova Nərmin Zakir qızı idarə etdiyi “Nissan” markalı avtomobildə qəfil halı pisləşib. O, sükana nəzarəti itirib.
Ərazidə xidmət aparan Abşeron Dövlət Yol Polis Şöbəsinin baş inspektoru Əli Cavadov sürücünün halının pisləşməsini görüb. Ona avtomobili dayandırmağa kömək edib. Dərhal inspektor tərəfindən əraziyə təcili yardım briqadası çağırılıb.
N.İsgəndərova xəstəxanaya aparılıb.
Nurlan Əli