Bakıda həbsxanada daha bir məhkum dünyasını dəyişib.
Lent.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. 66 yaşlı Cavadov Əbülfəz Səyadxan oğlu ölüb.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, Ə. Cavadov bu ilin sentyabrında Salyan rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Üzərindən 315 qram olan tiryək və 28 qram olan heroin aşkarlanıb.
Əbülfəz Cavadov