Gədəbəydə baş verən yol qəzasında 13 nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə Gədəbəy-Şəmkir yolunda qeydə alınıb.
Xəsarət alanlar - M.Babayeva, İ.Məcidili, X.Əliyeva, N.Baxışəliyeva, İ.Məmmədova, U.Tağıyeva, İ.Babayeva, T İsgəndərova, Ə.Məcidli, S,Kazımova, E.Vəliyeva və V.Bayramova tibbi yadıma edilib. Onlar Şəmkir və Gəncədə yerləşən xəstəxanalara təxliyə edilib.
***
10:05
Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə Gədəbəy-Şəmkir rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes "markalı mikroavtobusla "VAZ" markalı minik maşını toqquşub. Qəzada sonra mikroavtobus yolun kənarına aşıb. Qəza zamanı 8 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirililib.
Məlumata görə, qəzaya düşən mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.