Yevlax sakini dəmir qaşıq udub.
Lent.az-ın məlumatına görə, Yevlax rayon Salahlı kənd sakini, 1982-ci il təvəllüdlü Aqil Nəsibov müəmmalı şəkildə dəmir qaşıq udub. Çətin duruma düşən kənd sakini xəstəxanaya yerləşdirilib. Hadisənin necə və hansı şəraitdə baş verdiyi tam məlum deyil. Yaxınlarının verdiyi məlumata görə, Aqil Nəsibov bir neçə il öncə də mübahisəli məqamda kiçik dəmir parçaları udub. Onun bu dəfə də qeyri-adi "məharət"ini kiməsə nümayiş etdirmə istəyi ehtimal olunur.
Ehtiram Muradov