Qubada itkin düşən 69 yaşlı kişinin meyiti tapılıb.
Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, Xaltan kənd sakini İskəndərov Ağaxan Ələkbər oğlu cəsədi kənddən bir neçə kilometr araladı dağlıq ərazidə aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, A.İskəndərov oktyabrın 15-i evdən çıxıb və bir daha geri qayıtmayıb.