Azərbaycanda iki bacı dəm qazından zəhərləndi
01 fevral 2023 10:55 (UTC +04:00)

Azərbaycanda iki bacı dəm qazından zəhərləndi

0

Ağsu rayonunda bir ailənin iki üzvü dəm qazından zəhərlənib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Ağsu rayon sakinləri - 2007-ci il təvəllüdlü Yolçuyeva Ləman Ayaz qızı və bacısı 2016-cı il təvəllüdlü Yolçuyeva Fatimə Ayaz qızı dünən gecə saatlarında zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onların hər ikisinin dəm qazından zəhərləndiyi məlum olub.

Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1867

Oxşar yazılar