Azərbaycanda hərbi zavodun poliqonunda  PARTLAYIŞ
08 iyun 2022 18:21 (UTC +04:00)

Azərbaycanda hərbi zavodun poliqonunda PARTLAYIŞ

Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunun poliqonunda sursat partlayıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, sursatın partlaması nəticəsində “Şirvan Araz zavodu” MMC-nin işçisi, Şirvan sakini, 1986-cı il təvəllüdlü Almazov Razi Sakit oğlu çoxsaylı qəlpə yaraları alıb.

O, Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Sənayesi Nazirliyindən APA-ya bildirilib ki, sınaq zamanı 60 mm-lik minaatan partlayıb.

“Bir nəfər - Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan Şəhər Xəstəxanasından həkimlər həyati təhlükəsinin olmadığını bildiriblər”, - deyə məlumatda qeyd olunur.

# 3648
avatar

Oxşar yazılar