Noyabrın 2-si saat 10 radələrində Sumqayıt şəhər sakini 40 yaşlı Seyhan Həsənalıyevin hündürlükdən yıxılaraq ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Şəhər prokurorluğundan Lent.az-a verilən xəbərə görə, ilkin araşdırmalarla müəyyən olunub ki, Sumqayıt şəhərində yeni tikilməkdə olan yaşayış binasının tikintisində fəhlə işləyən Seyhan Həsənalıyev iş görən zaman binanın 9-cu mərtəbəsindən yıxılması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.