Şəmkirdə bədbəxt hadisə baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, rayonun Mahmudlu kənd sakini, 72 yaşlı Gültəkin Məmmədova yaşadığı evdə yıxılaraq sobaya dəyib.
Nəticədə o, yanaraq ölüb. Hadisə vaxtı evdə yaşlı qadın tək olub. Onun gözdən əlil olduğu bildirilir.