Tərtər şəhər sakini Kərim Hüseynov evində çağırılmamış qonaqla qarşılaşıb. O, sanitar qovşaqda nəhəng gürzə ilanı ilə rastlaşıb.
Lent.az bildirir ki, onun sözlərinə görə, ilan heç kimi sancmayıb. Təhlükəni sovuşdurmaq üçün dərhal ilan zərərsizləşdirilib.
Onu da bildirək ki, Tərtər şəhərinin ətrafında meşə massivi var. K.Hüseynovun evi isə Tərtər çayının sahilinə çox yaxındır. Nəhəng gürzənin məhz çaydan gəlməsi ehtimalı daha çoxdur.
Vətəndaşın sanitar qovşağından tapılan nəhəng gürzə Azərbaycanda ən zəhərli ilandır.