Azərbaycanda deputat polis əməkdaşını döyüb.
Lent.az-a daxil olan məlumata görə, hadisə Nabranda baş verib.
Polis əməkdaşları Nabranda karantin qaydalarını pozan obyektlərdən birində reyd keçirən zaman obyektin sahibi ilə qohum olan, Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşları ilə mübahisə edib. Mübahisə zəminində deputat polis əməkdaşını vurub.
Hadisə ilə bağlı E.Səlimovla əlaqə saxlamağa çalışsaq da, deputat telefonlara cavab verməyib.