Sumqayıtda qarajda meyiti tapılan şəxslərlə bağlı bəzi faktlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, meyiti tapılan şəxslər ailəvi dost olublar. Bununla yanaşı oğlan subay, qız isə evli olub.
İlkin ehtimala görə, onlar dəm qazından boğulublar. Belə ki, Vahid Məmmədov avtomobili qaraja saldıqdan sonra qapıları arxadan bağlayıb. Avtomobilin kondisioneri isə işlək vəziyyətdə olub. Ehtimal edilir ki, avtomobildən ixrac olunan dəm qazı kondisioner vasitəsi ilə maşına dolub və nəticədə hər iki şəxs boğularaq ölüb.
Avtomobilə baxış keçirilərkən kondisioner işlək vəziyyətdə olub, lakin yanacaq bitdiyi üçün maşın sönüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
***
saat 16:42
Sumqayıtda qarajda iki nəfərin meyiti tapılıb.
Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Belə ki, ərazidə olan qarajlardan birinə keçirilən baxış zamanı orada olan avtomobildə qəsəbə sakini 30 yaşlı Məmmədov Vahid İntiqam oğlu və tanışı, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini, 30 yaşlı Mahmudova Jasmina Hüseyn qızı ölmüş vəziyyətdə tapılıblar. Meyitlər müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Gənclərin ölüm səbəbləri araşdırılır.
Hər iki şəxsdən 3 gündür xəbər olmadığı bildirilir. Həmin şəxslər yaxınları tərəfindən axtarılıb. V. Məmmədovun iyulun 1-də hərbi xidmətdən gəldiyi və qarajın onlara məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.