Azərbaycanda  COVID-ə yoluxan ana   ölü uşaq doğdu -  YENİLƏNİB
27 aprel 2022 15:09 (UTC +04:00)

Azərbaycanda COVID-ə yoluxan ana ölü uşaq doğdu - YENİLƏNİB

Sumqayıt Tibb Mərkəzi doğuş zamanı körpənin ölməsinə münasibət bildirib.

Mərkəzdən Lent.az-a verilən məlumata görə, 32 yaşlı Qurbanova Elnurə Hacıbaba qızı aprelin 26-ı gecə saat 2:20-də Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 1 saylı Sumqayıt şəhər xəstəxanasının doğum şöbəsinə daxil olarkən 40 həftə hamiləlik, dölün bətndaxili ölümü diaqnozu qoyulub. Pasiyent sonuncu dəfə aprelin 16-da 6 nömrəli Ailə Sağlamlıq Mərkəzində həkim müayinəsində olub və o zaman dölün ürək döyüntüsünün olduğu müşahidə edilib.  

Lakin aprelin 26-da doğum şöbəsinə daxil olarkən dölün ürək döyüntüsünün olmaması (ölümü)  haqda E. Qurbanovanın yaxınlarına məlumat verilib. Həmin gün doğuşa hazırlıq dövründə ultrasəs müayinəsində dölün bətndaxili ölümü təsdiq edilib. Dölün ölü olduğu ana E. Qurbanovaya da bildirilib.

Çəkisi 3400 qram, boyu 53 sm, kişi cinsindən olan ölü döllə doğuş baş verib.

Anada hamiləliyin 28-ci həftəsində koronavirusa yoluxma halı müşahidə edilib və doğuşaqədər E. Qurbanova 3 dəfə ağır qrip infeksiyasına yoluxub. Dölün ölü doğulmasına ananın infeksion xəstəliklər keçirməsinin səbəb olduğu ehtimal edilir.

***

Saat: 12:43

Azərbaycanda doğuş zamanı uşaq ölüb.

Lent.az xəbər verir ki, hadisə Sumqayıt şəhərindəki 2 saylı doğum evində qeydə alınıb. Şəhər sakini 32 yaşlı Elnarə Qurbanova xəstəxananın doğum şöbəsinə yerləşdirilib. Onun dünyaya gətirdiyi uşaq doğuş zamanı ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6018
avatar

Mehman Nəbiyev

Oxşar yazılar