Azərbaycanda  ata və oğlu   güllələndi
22 iyun 2022 17:56 (UTC +04:00)

Azərbaycanda ata və oğlu güllələndi

Sabirabadda ata və yeniyetmə oğlu güllələnib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Sabirabad rayonunun Minbaşı ərazi vahidliyinin Qarağac kəndində heyvan obasında baş verib.

Minbaşı kənd sakini, 41 yaşlı Hüseynov Fazil Kamil oğlu və onun yeniyetmə oğlu, 17 yaşlı Hüseynov İbrahim Fazil oğlu ayaqlarından ov tüfəngi ilə güllələnib.

Özlərinin bildirdiyinə görə, onlar kəndin çöllük ərazisində olarkən kənd sakini, 18 yaşlı Sahib adlı qonşuları maşınla ora gələrək əlindəki qoşalülə tüfəngi yerə atıb bu zaman tüfəngdən avtomatik açılan atəş ata və oğulu ayaqlarından yaralayıb. Hər iki yaralı ayaq sümüyün zədələnməsi diaqnozu əvvəlcə Şirvan şəhər xəstəxanasına daha sonra Bakıya Respublika Klinik xəstəxanasına yola salınıb.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2907
avatar

Oxşar yazılar