Azərbaycanda ana doğuş zamanı  öldü
08 aprel 2023 15:13 (UTC +04:00)

Azərbaycanda ana doğuş zamanı öldü

0

Lənkəranda doğuş zamanı ana ölümü olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, Lənkəran rayonunun Ləj kənd sakini 1995-ci il təvəllüdlü Gülnar Xanhüseyn qızı Fərzəliyeva dünən gecə saatlarında qanaxma ilə Lənkəran Perinatal Mərkəzə çatdırılıb. Xəstə təcili əməliyyata götürülüb.

Qeysəriyyə əməliyyatı zamanı 8 aylıq olan uşaq götürülsə də, 28 yaşlı Gülnarın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Gülnar Fərzəliyeva Liman şəhərində yaşayıb. Onun 9 yaşlı bir oğlu var və bu onun ikinci hamiləliyi idi. Hazırda 8 aylıq körpə küməcdə saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2543

Oxşar yazılar