Azərbaycanda  AĞIR QƏZA  : sürücü öldü, azyaşlılar...
16 may 2022 10:42 (UTC +04:00)

Azərbaycanda AĞIR QƏZA : sürücü öldü, azyaşlılar...

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Ağdaş-Zarağan avtomobil yolunun Qəbələ rayonu Böyük Əmili kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Savalan kənd sakini Kamil Xasıyevin idarə etdiyi “Opel” markalı avtomobillə Afiq Mahmudovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə Afiq Mahmudov və “VAZ-2106”dakı sərnişin, 44 yaşlı Böyük Əmili kənd sakini Cumar Mirzəliyev hadisə yerində ölüb. “Opel” markalı avtomobilin sürücüsü Kamil Xasıyev və sərnişinləri - Mehriban və Arzu Xasıyevalar, eləcə də iki azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb.

# 3657
avatar

Mehman Nəbiyev

Oxşar yazılar