Azərbaycanda 5 nəfər  ölümdən   xilas olundu
22 oktyabr 2021 10:15 (UTC +04:00)

Azərbaycanda 5 nəfər ölümdən xilas olundu

Ötən sutka ərzində 21 yanğın hadisəsi olub.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilir ki, 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5 nəfər xilas edilib.

# 1509
avatar

Mehman Nəbiyev

Oxşar yazılar