Masallı-Cəlilabad rayonlarının inzibati sərhədində zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a bildirilib ki, yeraltı təkanların maqnitudası 4.9, dərinliyi 13 km olub. Zəlzələ episentrdə 4 baldan artıq, yaxın ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
***
01.34
Cəlilabadda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən xəbərə görə, zəlzələnin maqnitudası 5-ə yaxındır. Stansiyalardan verilən məlumata görə, zəlzələ Yardımlı və Lerikdə hiss olunub. Beyləqan və Saatlıda zəif hiss olunub.
***
01.26
Azərbaycanda zəlzələ baş verib.
Lent.az xəbər verir ki, zəlzələ Cəlilabad rayonu ərazisində qeydə alınıb.