Azərbaycanda 4 yaşlı oğlan qızılcadan öldü  - YENİLƏNİB
15 dekabr 2023 11:54 (UTC +04:00)

Azərbaycanda 4 yaşlı oğlan qızılcadan öldü - YENİLƏNİB

TƏBİB Şəmkirdə azyaşlı oğlanın qızılcadan ölməsi ilə bağlı açıqlama verib.

Qurumdan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, serebral iflic xəstəliyindən əziyyət çəkən 16.05.2019-cu il təvəllüdlü uşaq dekabrın 14-də səhhətində yaranan problemlərlə bağlı valideynləri tərəfindən Şəmkir rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müayinəyə gətirilib.

Həkim müayinəsi zamanı xəstədə qızılca virusu aşkar edilib və stasionar müalicəyə ehtiyac olduğu bildirilib. Uşağın valideynləri stasionar müalicədən imtina ediblər.

Daha sonra uşaq valideynləri tərəfindən dekabrın 14-də saat 15:30-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilərkən xəstəxanayaqədər ölüm qeydə alınıb.

***

09:32

Şəmkir sakini olan 4 yaşlı oğlan uşaq qızılca xəstəliyindən ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, 2019-cu il təvəllüdlü H. Allahyarov qızılca xəstəliyindən ağırlaşaraq Gəncə şəhərinə gətirilən zaman yolda ölüb.

Fakla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4980
avatar

Fidan İlqar

Oxşar yazılar