Azərbaycanda 23 yaşlı gənc müəmmalı şəkildə öldü
14 iyun 2021 17:46 (UTC +04:00)

Azərbaycanda 23 yaşlı gənc müəmmalı şəkildə öldü

0

23 yaşlı Balakən rayon sakini müəmmalı şəkildə ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Balakən rayonu Kortala kənd sakini, 1998-ci il təvəllüdlü Sədai Mehman oğlu Əlibəyev ağır vəziyyətdə yaxınlarının köməkliyi ilə Zaqatala Diaqnostika Mərkəzinə daxil olub. S. Əlibəyev sonra yenidən müayinədən keçmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına göndərilib. S.Əlibəyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olduqdan 15-20 dəqiqə sonra onda bioloji ölüm faktı qeydə alınıb.

S.Əlibəyevin ölümünün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2304

Oxşar yazılar