Daxili İşlər Nazirliyi “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun tələblərindən irəli gələn vəzifələrin icrasını diqqət mərkəzində saxlayır.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və respublikanın şəhər, rayon polis orqanları aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə monitorinqlər keçirir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparır.
2022-ci ildə respublikanın şəhər, rayon polis orqanlarının keçirdiyi tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 10.835, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 501 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.3-cü, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.
Tətbiq edilmiş cərimələr 383.300 manat təşkil edib. Bu istiqamətdə tədbirlər davam etdirilir.