Azərbaycan Alpaqut Federasiyasının prezidentinin ölkədən çıxışına QADAĞA
05 aprel 2023 18:32 (UTC +04:00)

Azərbaycan Alpaqut Federasiyasının prezidentinin ölkədən çıxışına QADAĞA

0

Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyevin ölkədən çıxışına qadağa qoyulur.

Lent.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Müraciətə əsasən, Q. Nuriyevin rəhbərlik etdiyi “Le tour”, “Baku News” və “”Concerje” MMC-lərin dövlət büdcəsi və dövlət fondlarına borcları yaranıb. DVX-nin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi də həmin borcların ödənməsi üçün Q. Nuriyevin ölkədən çıxışına məhdudiyyət qoyulmasını məhkəmədən xahiş edir.

Müraciətə Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Qüdrət Nüsrət oğlu Nuriyev 2017-ci ildən Azərbaycan Alpaqut Federasiyasının prezidentidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3149

Oxşar yazılar