Avtomobili ağaca çırpdı: HƏYAT YOLDAŞINI İTİRDİ
05 iyun 2021 11:04 (UTC +04:00)

Avtomobili ağaca çırpdı: HƏYAT YOLDAŞINI İTİRDİ

Biləsuvarda minik avtomobili ağaca çırpılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza rayonun Xırmandalı kəndində qeydə alınıb. Kənd sakini, 1952-ci il təvəllüdlü Məmmədhəsən Həsənovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sürücünün həyat yoldaşı Elzangül Şahbazova dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. 

# 1809
avatar

Oxşar yazılar