Avtomobil dərəyə aşdı: ana və qızı...
19 iyul 2021 22:46 (UTC +04:00)

Avtomobil dərəyə aşdı: ana və qızı...

1

Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, minik avtomobilinin dərəyə aşması nəticəsində avtomobildə olan iki nəfər - Bakı şəhər sakinləri-1983-cü il təvəllüdlü Arzu Sevindik qızı Məlikova və onun qızı, 2002-ci il təvəllüdlü Səbinə Cavad qızı Məlikova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda Oğuz RMX-da yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1944

Oxşar yazılar