“Volkswagen” ağaca çırpıldı, sərnişin yaralandı -FOTO
21 oktyabr 2022 06:30 (UTC +04:00)

“Volkswagen” ağaca çırpıldı, sərnişin yaralandı -FOTO

Bakının Yasamal rayonunda yol qəzası zamanı qadın xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsində qeydə alınıb.

“Volkswagen” markalı nəqliyyat vasitəsini idarə edən şəxs nəqliyyat vasitəsi ilə Ziya Bünyadov prospektinə keçmək istəyərkən avtomobili yüksək sürətlə yolayrıcı betonun üzərindəki ağaclara çırpıb. Maşın beton yol ayrıcına dəydikdən sonra dayanıb. Zərbənin təsirindən avtomobildə olan qadın sərnişin xəsarət alıb. Avtomobil deformasiyaya uğrayıb. Hadisə nəticəsində Əbdülvahab Salamzadə və Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətinə olan yollarda tıxac yaranıb.

Əraziyə Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb edilib. Sürücü və qadın sərnişin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən ərazidən aparılıb.
 

# 2271
avatar

Oxşar yazılar