Sverdlovsk vilayətində avtobusun törətdiyi yol qəzası nəticəsində 6 nəfər həlak olub.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, qəzadan sonra daha 15 nəfər xəstəxanaya aparılıb. Ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.
Qəzanın avtobusun əyləcinin işə düşməməsi səbəbindən baş verdiyi, ölənlərin zavod işçilərinin olduğu bildirilir.